Zakir Həsənovun müavinlərinin sayı azaldıldı 

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənovun müavinlərinin sayı azaldıldı 

Rəsmi

13 İyul 2024 09:59 4873


Müdafiə Nazirliyinin struktur bölməsinə dəyişiklik edilib. 

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb. 

Belə ki, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb.  pizza hut

Müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini - Baş direktor vəzifələri isə yerində qalıb. 

Nazirlikdən faktı təsdiq ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!