Zakir Həsənovun qardaşı Elçibəyin dövründə bu vəzifədə işləyib -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənovun qardaşı Elçibəyin dövründə bu vəzifədə işləyib - FOTO

Siyasət

05 Yanvar 2026 17:58 33026


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun böyük qardaşı, polkovnik Eldar Həsənovun mərhum Prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə yüksək vəzifədə işlədiyi məlum olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, Prezident yanında Xüsusi İdarənin rəisi vəzifəsində çalışıb.

Belə ki, Əbülfəz Elçibəy 1992-ci il iyul ayının 17-də Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin yaradılması haqqında fərman imzalayıb. Pepperoni pizza

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə yaradılıb. Eyni zamanda, Eldar Əsgər oğlu Həsənov idarənin rəisi təyin edilib. Onun təyinatında əvvəllər tutduğu vəzifə və təcrübəsi mühüm rol oynayıb.

Belə ki, E.Həsənov SSRİ dövründə Zaqafqaziya Hərbi Dairəsinin Xüsusi şöbəsinin rəisi vəzifəsində çalışıb. Eyni zamanda, Bakıda yerləşən hərbi hissədə də eyni vəzifəni daşıyıb.

Polkovnik E.Həsənov Prezident yanında Xüsusi İdarənin rəisi vəzifəsində təxminən, 6-7 ay işləyib. Ə.Elçibəy Eldar Həsənovu vəzifəsindən azad edib.

Məlumata görə, Zakir Həsənovun qardaşı Xüsusi İdarənin rəisi postundan gedəndən sonra universitetlərin birində dərs deyirmiş. O, son illərədək ali məktəbdə çalışıb. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rəşid
    O da soğan-çörəklə böyüyüb, boya-başa çatıb. Vəzifə yiyəsi olub ?
    4 months ago
  • Tənroz
    Nə olsunki işləyib işləyibdə o fəxr eləsinki Elçibəy kimi insanla işləyib
    4 months ago