Zakir Nuriyevin bankı enişdə: Mənfəət vergisi ödəməyib

saytların hazırlanması

Evə çatdırılma

Zakir Nuriyevin bankı enişdə: Mənfəət vergisi ödəməyib

İqtisadiyyat

15 Aprel 2026 18:16 1037


"Rabitəbank" ASC bu ilin I rübünü 5.096 milyon manat mənfəətlə başa vurub.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9.4% çoxdur.

Yanvar-mart aylarında "Rabitəbank"ın gəlirləri 49.393 milyon manat (1 il əvvələ nisbətən 21.5% çox), xərcləri 42.998 milyon manat (256% çox), xüsusi ehtiyatlara ayırmaları 1.3 milyon manat (26% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Rabitəbank"ın aktivləri 1 milyard 395.269 milyon manat olub ki, bu da illik müqayisədə 16.4% çoxdur. Bunun 921.978 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8.6% böyüyüb.

İl ərzində kredit təşkilatının vaxtı keçmiş kreditləri isə 7.8% artaraq 35.495 milyon manata çatıb.

Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 17.6% artaraq 1 milyard 258.757 milyon manata, o cümlədən depozit portfeli 21.2% artaraq 836.293 milyon manata, balans kapitalı isə 6.8% artaraq 136.512 milyon manata çatıb.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101.3 milyon manatdır. Bankın səhmlərinin 38.6%-i Rauf Əliyevə, 34.64%-i Validə Abbasovaya, 13.51%-i Zakir Nuriyevə, 9.11%-i isə Dilarə Nuriyevaya, 4.14%-i isə digər hüquqi və fiziki şəxslərə, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "AzInTelecom" MMC-lərə, Dövlət Radiotezliklər İdarəsi və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə, "Bakı Teleqrafı" ASC və "Bakcell" MMC-yə məxsusdur. R.Əliyev həm də "Meqa Sığorta" ASC-nin 19%-lik səhmdarıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!