Zaporojye AES partladılsa... - Rəhbərlik planları açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Zaporojye AES partladılsa... - Rəhbərlik planları açıqladı

Dünya

07 İyul 2023 13:53 1195


“Zaparoje AES-in mümkün partladılmasından sonra əsas məsələ küləyin istiqamətidir və həmin yerləri nəzarət etmək lazımdır. Biz hazırda küləyin istiqamətini, radiasiyanın səviyyəsini daim müşahidə edirik". 

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri Yuriy Malaşko bildirib.

Onun sözlərinə görə, hazırda radiasiyanın səviyyəsi normalara uyğundur: pizza

"Həm stansiyanın özündə, həm bizim nəzarətimizdə olan 50 kilometrlik ərazidə radiasiyanın səviyyəsi normalara uyğundur. Belə ki, radiasiyanın mümkün yayılması halında biz 50 kilometrlik ərazidə insanları təxliyə etməli, müxtəlif tədbirlər həyata keçirməliyik. Ötən həftə bununla bağlı xüsusi təlimlər də keçirmişik. Bu təlimlərə xarici tərəfdaşlarımızı da cəlb etmişik. Təxliyə, insanları məlumatlandırma mexanizmlərini işləyib hazırlamışıq. Qeyd edim ki, Rusiyanın işğalı altında olan ərazilərdə yaşayan insanların məlumatlandırılması mexanizmini də hazırlamışıq". 

Y.Malaşkonun sözlərinə görə, Zaparoje AES-in strukturu, soyutma sistemi fərqlidir: 

"Çernobıl" AES-dən fərqli olaraq, burada radioaktiv yod əmələ gəlmir. Bu AES-də mümkün partlayışdan sonra hətta kalium yodid dərmanından istifadə etmək də lazım deyil. Əsas məsələ odur ki, insanlar mümkün partlayışdan sonra yaşayış binasında hər yeri bağlamalı və oradan təxliyə olunmalarını gözləməlidirlər. Hazırda insanların təxliyəsinə ehtiyac yoxdur, çünki bununla bağlı vəziyyət yaxşıdır. Əgər bu hadisə baş verərsə, tədbirlərin hansı ardıcıllıqla icra ediləcəyini müəyyən etmişik", - deyə, o, əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!