Zaqatalada canavar 47 yaşlı kişiyə hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum etdi

Hadisə

02 May 2026 15:13 77


Zaqatalada kəndə hücum edən canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib.

"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Car kəndinin inzibati ərazi vahidinə daxil olan Axaxdərə kəndində baş verib.

Belə ki, həmin kəndin sakini Aydın Qurbanov yaşadığı evin həyətyanı sahəsində canavarla qarşılaşıb. Bu zaman canavar ona hücum edərək çoxsaylı xəsarət yetirib. O, yaxınlarının köməkliyi ilə canavarın pəncəsindən xilas olub və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirlib.

A.Qurbanova bədəninin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri diaqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!