Zaqatala ərazisindən axan dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması məqsədilə idarənin irihəcmli texnikaları tərəfindən zəruri tədbirlər davam etdirilir.
"Yeni Sabah" xəbər verir ki, icraçı ADSEA tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsidir.
Hazırda Talaçayın sağ və sol sahillərində Yuxarı Tala, Aşağı Tala, Göyəm, Dardoqqaz, Höytala və Yolayrıc kəndləri ərazilərində sahilbərkitmə işləri həyata keçirilir. Bununla yanaşı, Muxaxçayda Yuxarı Çardaxlar, Mamrux, Zəyəm, Çobankol və Suvagil kəndləri ərazilərində, Katexçayın sol sahilində Paşan kəndi ərazisində, həmçinin Bəkməzçayda Car və Axaxdərə kəndləri ərazilərində daşqın riski yüksək olan zonalarda məcratəmizləmə və sahilbərkitmə tədbirləri davam etdirilir. pizza mizza
Xatırladaq ki, iyulun əvvələrində Şimal-qərb bölgəsində leysan xarakterli güclü yağışlar yağıb.
Telegram kanalımız