“Nikol Paşinyan yeni müttəfiqlərinin bazalarını yerləşdirməkdə maraqlı olduğunu izah edərək, Rusiya bazasını ölkəsində sıxışdırır. Bu ssenari addım-addım reallaşacaq. Rusiya bu regionda öz xəttini diqqətlə nəzərdən keçirməlidir”.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.
O, Paşinyanın “Wall Street Journal”a verdiyi müsahibəni şərh edib: Dördpendirli pizza
“Rusiya təəssüf ki, öz xətti ilə bağlı şübhələr yaratdı. Moskva regiona sülhməramlıları gətirdi, lakin Laçın dəhlizi bağlananda onlardan istifadə etmədi. Azərbaycan da burada bir sıra qanun pozuntularına yol verib. İndi isə Azərbaycan və Ermənistan bizi regiondan sıxışdırıb çıxarır”.
Telegram kanalımız