Zaur Kamalın verilişləri bağlanıb?   - Özü açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Zaur Kamalın verilişləri bağlanıb? - Özü açıqladı

Şou

17 Avqust 2020 20:10 11346


Xəzər TV-də yayımlanan və Zaur Kamalın aparıcılıq etdiyi "5də5" verilişinin bağlandığı haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Yenisabah.az xəbər verir ki, azxeber.com məsələni dəqiqləşdirmək üçün aparıcının özü ilə əlaqə saxlayıb.

O deyilənləri təkzib edib: "Hazırda məzuniyətdəyəm. Bu xəbərləri kimlər çıxarır bilmirəm. Amma ki, əsassızdır. pizza

Zaur Kamal deyib ki, yeni mövsümdə aparıcısı olduğu hər iki veriliş yayıma davam edəcək: "Yeni mövsümdə həm "5də5", həm də "Ay Zaur" verilişi yayımlanmağa davam edəcək. Verilişlərimizin hər birində yeniliklər olacaq. Format dəyişikliyi ola bilər, ancaq verilişlərim bağlanmayıb".

Qeyd edək ki, "5də5" və "Ay Zaur" verilişləri uzun illərdir ki, Xəzər Tv-də yayımlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!