Zaur Mikayılov vəzifə verdiyi qudalarını işdən çıxarıb?

saytların hazırlanması

Evə çatdırılma

Zaur Mikayılov vəzifə verdiyi qudalarını işdən çıxarıb?

Sosial

14 İyun 2024 15:59 526


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iki ildən artıqdır ki, öz qudalarına çalışdığı qurumda vəzifə verib. 

Yenisabah.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Z.Mikayılovun özünə müşavir təyin etdiyi qudası Əsəd Əli oğlu Şirinov vəzifəsindən istefa verib. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri vəzifəsindən aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər bir qudası Fuad Quliyevin də təyinatı müvəqqəti olaraq dayandırılıb.  Marqarita pizza

Artıq ləğv edilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin saytından da sözügedən vəzifəli şəxslərin adları silinib. 

Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mətbuat Xidmətinin rəhbəri Dilqəm Şərifovla əlaqə saxlasaq da, telefon zənglərinə cavab verən olmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!