Zaurdan Hüseynin qayıtmasına reaksiya:  “Dəlisovdur“   + Video

saytların hazırlanması

Evə çatdırılma

Zaurdan Hüseynin qayıtmasına reaksiya: “Dəlisovdur“ + Video

Şou

25 Fevral 2021 11:12 947


Bir neçə gün əvvəl efirdə aparıcı Zaur Kamalla mübahisə edərək efiri tərk edən tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yenidən efirə qayıdıb.

Yenisabah.az xəbər verir ki, Zaur Kamalın aparıcısı olduğu “Həmin Zaur” proqramında onunla qalmaqal yaşayan Hüseyn ötən gün yenidən efirdə olub.

Belə ki, proqramda qonaq olan müğənni Roza Zərgərli Hüseynin ifasından sonra kövrəlib. O, ağlamasının səbəbini açıqlamaq istəməyib. Toyuqlu pizza

Bu zaman Hüseynlə aralarında yaşanan konfliktdən danışan Zaur Kamal dalaşsalar da münasibətlərini sonradan düzətdiklərini qeyd edib:

“Hüseynin dəlisovluğunu bu ifasına görə bağışlamaq olar, çünki sənətkardır bu adam. 50 dəfə onunla dalaşıb-barışıram. Biz küsüşürük, el arasında deyirlər ki, dolxoşluq edirik”.

Həmin görüntüləri  təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!