Mariya Zaxarova qondarma Zəngəzur dəhlizinin perspektivlərini şərh edib.
Yenisabah.az “Anadolu”ya istinadla xəbər verir ki, Rusiya XİN sözçüsü deyib: “Biz marşrut terminindən istifadə edirik”.
Onun sözlərinə görə, Soçidə keçirilən sammitdə regionda nəqliyyat əlaqələrinin açılması problemi müzakirə olunub. “Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazir müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində müvafiq işlərin davam etdirilməsi razılaşdırılıb. Bu, üç ölkə liderinin 11 yanvar 2021-ci il tarixli bəyanatı ilə müəyyən edilib”. pizza mizza
Xatırladaq ki, oktyabrın 31-də Soçidə Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutub və birgə bəyanat qəbul edilib.
Telegram kanalımız