Zaxarova Lavrovun Tehrana gedəcəyini təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova Lavrovun Tehrana gedəcəyini təsdiqlədi

Dünya

22 Oktyabr 2023 13:48 346


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi İranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə) nazirlərin görüşündə iştirak edəcək.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə bildirib.

O deyib: "Biz Lavrovun Bazar ertəsi Tehranda keçirilməsi planlaşdırılan danışıqlarını təsdiqləyirik". Pepperoni pizza

Bundan əvvəl İran mediası belə bir görüşün planları barədə məlumat vermişdi.

Görüşdə siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik sahələrində regional əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin müzakirəsi planlaşdırılır.

“3+3” formatında ilk görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!