Zelenski: “5-6 sui-qəsd cəhdindən sağ çıxmışam”

Zelenski: “5-6 sui-qəsd cəhdindən sağ çıxmışam”

Dünya Veb saytların hazırlanması

21 Noyabr 2023 11:12 575


“Mən 5-6 sui-qəsd cəhdindən sağ çıxmışam”. 

“Report” “İnsayder”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin ona sui-qəsd təşkil etməsi iddiasından bəhs edərkən deyib.

“Birinci sui-qəsd çox maraqlı idi. Sonra COVID kimi asan oldu”, - V.Zelenski vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və Çin birlikdə Rusiyanın Ukrayna ərazisindən çıxmasına dair çağırış etməyənədək bu ölkə hücumlarını davam etdirəcək.

Ukrayna Prezidenti əlavə edib ki, HƏMAS-İsrail müharibəsi diqqəti Ukraynadan yayındırıb: “Ola bilsin, Kreml bu şəraitdən istifadə edib, Balkanlarda problem yaratmağa çalışacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!