“Rusiyadakı qismən səfərbərlik Ukraynaya qarşı müharibəyə zabitlərin və digər kadrların cəlb edilməsi ilə bağlı problemləri nümayiş etdirir”.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna prezident Volodimir Zelenski “Bild”ə müsahibəsində deyib.
"Artıq bilirik ki, onlar kursantları, döyüşə bilməyən oğlanları səfərbər ediblər. Bu kursantlar həlak olublar, təhsillərini belə başa vura bilməyiblər. Onların hamısı döyüşə bilmir. Bizim torpaqlara ölmək üçün gəlirlər”, - dövlət başçısı izah edib. Sezar pizza
Zelenskinin fikrincə, Putin Ukraynanı qana, xüsusən də öz əsgərlərinin qanına qərq etmək istəyir:
"Biz addım-addım planlarımıza uyğun hərəkət edəcəyik. Əminəm ki, ərazimizi azad edəcəyik. "Referendumlar" qondarmadır və dövlətlər onları tanımır".
Prezident deyib ki, o, nüvə müharibəsi təhdidlərindən çəkinmir: "Onun bu silahdan istifadə edəcəyinə inanmıram. Düşünmürəm ki, dünya bunu etməyə ona icazə versin".
Telegram kanalımız