Zelenski Ceyhun Bayramovu belə qəbul etdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Ceyhun Bayramovu belə qəbul etdi - VİDEO

Rəsmi

06 Avqust 2026 21:09 124


"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Nazir Rusiyanın tammiqyaslı işğalından bəri ilk dəfə Ukraynaya səfər edir". 

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski Teleqram kanalında yazıb.

"O, səfərinə İrpendən başladı və orada Azərbaycanın kömək etdiyi məktəb, xəstəxana və reabilitasiya mərkəzini ziyarət etdi. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə gəlib bizi dəstəkləmək fürsəti tapdığınıza görə çox minnətdarıq. Xalqımızla həmrəy olduğunuz üçün təşəkkür edirik. pizza hut

Rusiyanın Ukraynaya davamlı zərbələri, Qara dənizdəki vəziyyət və Rusiyanın taxıl dəhlizlərini bağlaması barədə məlumatlandırdıq. Yüksək səviyyəli diplomatik əlaqələr, müdafiə əməkdaşlığı və enerji, neft-qaz sektorlarında və kənd təsərrüfatında iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdik.

Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardıma və konstruktiv dialoqa görə Azərbaycana minnətdarıq", - deyə Zelenski qeyd edib./unikal.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!