“Rusiya Federasiyası terrorçu ölkə olduğu üçün Rusiya ilə danışıqlardan söhbət gedə bilməz".
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna prezident Volodimir Zelenski bildirib.
O əlavə edib: "Müharibənin sonu yalnız Ukraynanın Donbass və Krım da daxil olmaqla, müvəqqəti işğal olunan bütün ərazilərin geri qaytarması ilə baş verəcək”. Dominos pizza
Prezident qeyd edib ki, kiminsə onu ruslarla razılaşmağa sövq edib-etməməsinin onun üçün fərqi yoxdur:
“Biz artıq danışıqlarda olmuşuq. Bizim üçün yeni heç nə, sürpriz yoxdur. Mən bu tarixçənin necə bitəcəyini artıq bilirəm”.
Zelenski qeyd edib ki, Rusiya hakimiyyəti diplomatik yolla getmək əvəzinə yalan danışır, Kremllə danışıqlardan söhbət gedə bilməz.
Telegram kanalımız