Zelenski: “Rusiya aprel ayında Ukraynada 6139 hərbi cinayət törədib“

saytların hazırlanması

Evə çatdırılma

Zelenski: “Rusiya aprel ayında Ukraynada 6139 hərbi cinayət törədib“

Dünya

04 May 2023 14:47 622


“Rusiya təkcə aprel ayında Ukraynada 6139 hərbi cinayət törədib. Nəticədə 17-si uşaq olmaqla 207 nəfər həlak olub”. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlanddakı Beynəlxalq Haaqa Məhkəməsində çıxışı zamanı deyib. 

O bildirib ki, mayın 3-də Rusiyanın hücumu nəticəsində 23 mülki vətəndaş ölüb, 48 nəfər yaralanıb: “Biz istəyirik ki, bu, sonuncu müharibə olsun. Daha savaş olmasın”.  pizza sifarişi

V.Zelenski həmçinin qeyd edib ki, Kreml əməllərinə görə məsuliyyət daşımalıdır. 

Qeyd edək ki, Ukrayna Prezidenti Niderlandda səfərdədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!