Zelenski Rütte ilə Rusiya ilə qarşıdakı danışıqlara hazırlığı müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Rütte ilə Rusiya ilə qarşıdakı danışıqlara hazırlığı müzakirə etdi

Dünya

21 Fevral 2026 21:00 388


Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb.

"Yeni Sabah" xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında məlumat yayıb.

"Diplomatik işimizin bütün əsas məsələləri üzrə mövqeləri əlaqələndirdik və mən şadam ki, bir çox məsələlərdə Markla baxışlarımız üst-üstə düşür", - Ukrayna lideri vurğulayıb. pizza sifarişi

Zelenski həmçinin Rütteni ABŞ və Rusiya ilə növbəti üçtərəfli danışıqlar raunduna hazırlıq, eləcə də tərəflərin mövqeləri barədə məlumatlandırıb.

Onun sözlərinə görə, söhbətin daha bir mövzusu Ukraynada energetika sahəsindəki vəziyyət olub: "Energetika sahəsindəki vəziyyəti və PURL proqramı üzrə sonrakı işlərin zəruriliyini müzakirə etdik. PURL vasitəsilə bizim müdafiəmizə sərmayə qoyan hər bir Avropa ölkəsinə minnətdaram. Mark, dəstəyə görə təşəkkür edirəm"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!