Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın "min nəfəri min nəfərə" formatında hərbi əsir mübadiləsinə və mayın 9-u, 10-u və 11-də atəşkəs rejiminə razılıq verdiyini təsdiqləyib.
"Yeni Sabah" xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, ABŞ tərəfinin vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində Ukrayna Rusiyanın əsir mübadiləsinə razılığını alıb. Dominos pizza
"Həmçinin mayın 9-u, 10-u və 11-də atəşkəs rejimi tətbiq edilməlidir. Ukrayna öz vətəndaşlarını Rusiya əsirliyindən geri qaytarmaq üçün ardıcıl şəkildə çalışır. Komandama mübadilə üçün lazım olan hər şeyi operativ hazırlamağı tapşırdım. ABŞ Prezidentinə və onun komandasına səmərəli diplomatik iştiraka görə təşəkkür edirəm. Ümid edirik ki, ABŞ Rusiya tərəfinin razılaşmalara əməl etməsini təmin edəcək", - Zelenski əlavə edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibədə mayın 9-u, 10-u və 11-də üç günlük atəşkəs elan olunduğunu açıqlamışdı./Oxu.az
Telegram kanalımız