Zelenski: Zalujnı siyasətlə məşğul ola bilməz

Zelenski: Zalujnı siyasətlə məşğul ola bilməz

Dünya Veb saytların hazırlanması

21 Noyabr 2023 14:18 557


Volodimir Zelenski Ukrayna Silahlı Qqvvələrinin Ali Baş Komandanı Valeri Zalujnını siyasətlə məşğul olmamağa çağırıb.

Yenisabah.az The Sun-a istinadla xəbər verir ki, o, müharibə zamanı ordu siyasətlə məşğul olması qeyri-mümükn sayıb: "Çünki bu, milli birliyə gətirib çıxarmır". Lakin Ukrayna lideri hərbçilərin belə bir haqqının olduğunu da etiraf edib:

“Siyasətlə məşğul olmaq üçün o, siyasətə daxil olmalıdır, belə olan halda müharibədə iştirak edə bilməyəcək. Əgər gələcəkdə siyasətdə və ya seçkilərdə iştirak edəcəyinizi bilə-bilə müharibəni idarə edirsinizsə, o zaman çıxışlarınızda və cəbhədə özünüzü hərbçi kimi yox, siyasətçi kimi aparırsınız. Məncə, bu, çox böyük səhvdir”, - deyə Zelenski əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!