ABŞ Prezidenti Donald Tramp Ankarada yenə hamını düşünməyə vadar edib. O gah Ukrayna lideri Volodimir Zelenskini “Prezident Putin” adlandırıb, gah da İran əvəzinə “Yaponiya İslam Respublikası” ifadəsini işlətməklə özü haqda qeyri-ciddi şübhələr yaradıb.
Trampın demensiya (yaddaş, düşünmə, qərar vermə, nitq və gündəlik fəaliyyət qabiliyyətinin tədricən zəifləməsi ilə xarakterizə olunan bir sindrom) xəstəsi olduğu iddiası özlüyündə yeni deyil, onun dil sürüşmələri və ziddiyyətli bəyanatları dəfələrlə hamını heyrətləndirib. Lakin bu yekun diaqnoz üçün əsas verirmi?
“Alzaymer xəstəliyində beyin strukturunda baş verən dəyişikliklər, amiloidləşmə və qan-damar sistemində yaranan pozuntular nəticəsində koqnitiv problemlər meydana çıxır. Parkinsonizm və digər bəzi nevroloji xəstəliklərdə də koqnitiv pozuntular müşahidə oluna bilər” Pepperoni pizza
Bunu “Yeni Sabah”a tibb elmləri doktoru psixiatr Araz Əliquliyev deyib.
Onun sözlərinə görə, demensiyanın ən geniş yayılmış səbəblərindən biri Alzaymer xəstəliyidir:
“Bu, adətən, 65 yaşdan yuxarı insanlarda inkişaf edir. Amma 55-60 yaşlarında başlayan hallar erkən demensiya hesab olunur və bir qayda olaraq, daha ağır, bədxassəli gedişata malik olur.
Demensiyanın ilk əlamətləri gündəlik həyatda özünü göstərməyə başlayır: cari fəaliyyətin baş verdiyi yerin yaddan çıxması, məkanda istiqaməti müəyyən etməyin pozulması, tanış adamların tanınmaması, sözlərin və adların unudulması, tarix, ay və fəsillə bağlı qarışıqlıqlar və s.
Bir çox hallarda demensiya inkişaf etdikcə aqressiv davranışlar müşahidə olunur. Ən ağır mərhələdə isə insan özünə xidmət etməkdə çətinlik çəkir. Tualetə getmək, əl-üzünü yumaq, paltarını dəyişmək, hətta yaşadığı otağı və ya yatağını tanımaq kimi problemlər yaranır”.
Araz Əliquliyev Donald Trampın çıxışları və davranışını demensiya kimi qiymətləndirilməsinə də münasibət bildirib:
“Tramp bir müddət əvvəl koqnitiv testlərdən keçib və nəticələr normal olub. Təxminən 2 ay əvvəl həmin müayinələrdə onun koqnitiv funksiyaları tam sağlam qiymətləndirilib. Yəni məsələn, İranı Yaponiya ilə qarışdırmaq və ya Zelenskiyə Putin demək demensiya əlaməti hesab edilə bilməz.
Baydendən fərqli olaraq Trampın davranışlarında koqnitiv funksiyaların pozulması o qədər də müşahidə olunmur. Sadəcə, bir sözü səhv demək və ya dil sürüşməsi etmək onun demensiya olduğunu əsla göstərmir. Amma Trampın yaşı nəzərə alınmalıdır – 80. Belə yaşda hər bir insanda müəyyən çaşqınlıq anları ola bilər. Amma bu, demensiya demək deyil. Demensiya tamamilə başqa klinik sindromdur və onun özünəməxsus əlamətləri var”.
Psixiatrın sözlərinə görə, ABŞ Prezidentinin qeyri-adı hərəkətləri daha çox eksentrik və narsissistik şəxsiyyət xüsusiyyətləri ilə bağlıdır:
“Bu isə demensiyadan tamamilə fərqli anlayışdır”.
Aytəkin Əzizqızı
Telegram kanalımız