Zelenskiyə qəsd hazırlanır - Ukrayna Milli Təhlükəsizlik Şurası

saytların hazırlanması

Evə çatdırılma

Zelenskiyə qəsd hazırlanır - Ukrayna Milli Təhlükəsizlik Şurası

Dünya

12 Avqust 2022 12:39 1012


"Prezident Volodimir Zelenskiyə qarşı sui-qəsd hazırlanır".

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

O deyib: “Avqustun 24-də Ukraynanın Müstəqillik Günündə Rusiyanın ölkəmizə qarşı təxribatlarının baş verməsi mümkündür. Onlar təxribatları hər zaman edirlər. Bu planları qabaqlayırıq. Demək olar ki, qarşı tərəfin bütün planları haqqında məlumatımız var”. Pepperoni pizza

A.Danilov əlavə edib ki, bütün proseslər nəzarət altında olmaya bilər: “Lakin bu, müharibədə normal haldır. Mütəxəssislər düşmənin planlarını aşkar etmək və onlara layiqli cavab vermək üçün daim çalışırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!