Zəlzələ ilə bağlı daha bir qorxunc xəbərdarlıq: Hazır olun!

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələ ilə bağlı daha bir qorxunc xəbərdarlıq: Hazır olun!

Dünya

23 Aprel 2025 14:48 1016


Xəbər verdiyimiz kimi, İstanbulun Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ İstanbul və ətraf vilayətlərdə hiss olunub, yerin 6,92 kilometr dərinliyində qeydə alınıb. 

Yenisabah.az xəbər verir ki, zəlzələdən sonra tanınmış geoloq Naci Görür əhəmiyyətli xəbərdarlıq edib. O bildirib ki, bu zəlzələ Kumburgaz Fayı zonasında baş verib və bu fay "kilidli" vəziyyətdədir, yəni enerji yığır. Bu isə gələcəkdə daha güclü zəlzələlərin baş vermə riskini artırır.

Naci Görürün sözlərinə görə, Kumburgaz Fayı uzun müddətdir enerji toplayır və bu, bölgədə ciddi seysmik təhlükə yaradır. O, aidiyyəti qurumları və vətəndaşları ehtiyatlı olmağa və zəlzələyə qarşı hazırlıqlı olmağa çağırıb.

Aytac Şahin

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!