Zəlzələyə səbəb olan fay xəttinin görüntüləri ÜZƏ ÇIXDI - YENİ VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələyə səbəb olan fay xəttinin görüntüləri ÜZƏ ÇIXDI - YENİ VİDEO

Dünya

17 Fevral 2023 15:37 3130


Yapon alim Hidenori Vatanabe Türkiyədə baş verən Kahramanmaraş mərkəzli zəlzələnin vurduğu ziyanın və hadisəyə səbəb olan fay xəttinin peyk görüntülərini dərc edib.

(Yer qabığını yaradan lövhələrin hərəkəti nəticəsində yaranan gərilmə və toqquşmalar Yer qabığının bəzi hissələrində yüz illər boyunca enerji toplanmasına gətirib çıxarır. Bu enerji müəyyən zaman kəsimlərində ortaya çıxır. Həmin hərəkətli bölümlərə fay xətti deyilir - red.)

Musavat.com xəbər verir ki, Tokio Universitetinin professoru Hidenori Vatanabe “əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra araşdırma aparıb, peyk görüntüləri ilə zəlzələ bölgəsini diqqətlə tədqiq edib. pizza

Rəqəmsal arxivləşdirmə və informasiya texnologiyaları üzrə mütəxəssis olan Vatanabe Qaziantepin Nurdağı rayonundan İslahiye rayonuna qədər uzanan fay xəttinə baxdıqlarını qeyd edib.

Qeyd edək ki, Vatanabe ötən il rəhbərlik etdiyi komanda ilə birlikdə Rusiyanın Ukraynaya hücumu nəticəsində baş verən dağıntıların rəqəmsal xəritəsini yaratmaqla ictimaiyyətin diqqətini çəkmişdi.

Yapon alimin Türkiyədəki zəlzələ ilə bağlı paylaşdığı görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!