Zəngəzur dəhlizi ilə bağlı müzakirələr başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzur dəhlizi ilə bağlı müzakirələr başlayıb

Sosial

29 Sentyabr 2025 18:31 361


Ermənistan və ABŞ rəsmiləri Sünik vilayətindən keçəcək 42 kilometrlik “Tramp marşrutu” (Zəngəzur dəhlizi - red.) barədə danışıqlara start veriblər.

Yenisabah.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqda keçirdiyi brifinqdə bildirib ki, ABŞ nümayəndə heyəti son günlərdə İrəvana səfər edib və hökumət, eləcə də aidiyyəti qurumların təmsilçiləri ilə görüşlər keçirib.

Paşinyanın sözlərinə görə, proses zaman tələb edir və diqqətli yanaşma ilə aparılır. pizza sifarişi

O əlavə edib ki, “TRIPP layihəsi” həm ABŞ-ın, həm də digər beynəlxalq tərəfdaşların maraq dairəsində qalır.

Hazırkı mərhələdə layihələndirmə, maliyyələşdirmə və dəmir yolunun inşasının kim tərəfindən həyata keçiriləcəyi kimi məsələlər müzakirə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!