Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Zəngəzur dəhlizi yeni imkanlar açır” – Baş nazirin müavini
19 İyl 2021 22:10
969

“Zəngəzur dəhlizi yeni imkanlar açır” – Baş nazirin müavini

“Zəngəzur dəhlizi Avrasiya məkanı üçün yeni imkanlar və perspektivlər açır”. 

“Yeni Sabah” xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev “Mərkəzi və Cənubi Asiya: Regional əməkdaşlıq, sınaqlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində plenar müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Azərabycanın 44 günlük müharibədə qələbəsindən, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsindən sonra Cənubi Qafqazdakı yeni geosiyasi vəziyyətlə əlaqədar nəqliyyat dəhlizlərinin inkişafı üçün yeni imkanlar açılır: “Hazırda Azərbaycan Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizinin yaradılması üzərində işləyir. Bu dəhliz faktiki olaraq Aralıq və Xəzər dənizləri ölkələrinin Böyük İpək Yolu və Şimal-Cənub dəhlizinə inteqrasiyasına xidmət edəcək. Mövcud reallıqlarda kommunikasiyaların bərpa olunması təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında sülhün, təhlükəsizliyin, sabitliyin və qarşlıqlı səmərəli əməkdaşlığın inkişafının qarantı olacaq”. 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər