Zərdabda ağacları kəsən şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda ağacları kəsən şəxslər saxlanıldı

Sosial

05 Avqust 2023 10:08 814


Zərdab rayonunda ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, rayonun Siləyli və Yuxarı Seyidlər kəndləri arasında yerləşən torpaq sahəsində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Bıçaqçı kənd sakinləri Şəmistan Rəsulov və Ramiz Mirzəyev saxlanılıblar.

Həmin şəxslər qeyd edilən ərazidə 6 ədəd yaş gövdəli qovaq ağacını kəsərək təbiətə 10 min manatdan çox ziyan vurublar. Marqarita pizza

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!