Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpıldı, dörd nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpıldı, dörd nəfər xəsarət aldı

Hadisə

18 İyul 2026 16:52 54


Zərdabda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. pizza sifarişi

İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, dörd nəfər - sürücü Q.Vahidov, sərnişinlər Ə.Əzizov, E.Ömərov və C.Ağayev xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!