Zərdabda 3 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.
Belə ki, 2023-cü təvəllüdlü K. Ə. atası Yaqub Kərimlinin idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb. pizza
Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız