Zeynəb Xanlarova 83 yaşını tamam etdi

saytların hazırlanması

Evə çatdırılma

Zeynəb Xanlarova 83 yaşını tamam etdi

Mədəniyyət

28 Dekabr 2019 06:08 1891


Son vaxtlar Amerikada öz adına fond təsis etməsi, deputatlığa yenidən öz namizədliyini irəli sürməsi haqda xəbərlərlə medianın gündəmində olan Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.

“Yeni Sabah” bildirir ki, bu gün 1936-cı ildə Bakıda dünyaya gələn Z. Xanlarovanən bu gün 83 yaşı tamam olur. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini, 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Əmək fəaliyyətinə 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. 

Zeynəb Xanlarova uzun illərdir Milli Məclisinin deputatıdır. O,1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artistidir. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır (1985). “Şöhrət” və “Heydər Əliyev”ordeni ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!