“Zidan sadə oğlan idi, məşqə “Fiat“la gəlirdi“ - Keçmiş komanda yoldaşı

saytların hazırlanması

Evə çatdırılma

“Zidan sadə oğlan idi, məşqə “Fiat“la gəlirdi“ - Keçmiş komanda yoldaşı

İdman

07 May 2020 16:00 1092


“Zidan çox danışan adam deyildi. İngilis dilini yaxşı bilmirdi, daha çox fransız və italyanca danışırdı. Ancaq topla rəftarı...”

Yenisabah.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Niderland millisinin sabiq üvü Edvin van der Sar “Yuventus”da birgə çıxış etdiyi Zinəddin Zidan haqqında danışarkən deyib.

Veteran qolkiper “AS” nəşrinə açıqlamasında 1999-2001-ci illərdə komanda yoldaşı olmuş fransalı keçmiş yarımmüdafiəçinin özünü çox sadə apardığı bildirib: pizza

“Məşqə "Fiat"la gəlirdi. Cins şalvar, ağ  köynək, "adidas" idman ayaqqıbısına üstünlük verirdi. Digər futbolçulardan tamamilə fərqli görünürdü. Başqa oyunçular məşqə "Ferrari" ilə və "Dolce and Gabanne", “Versace”dən geyinərək  gəlirdi. Zidan isə sadə oğlan idi. Əlbəttə, Zidanın da tünd tərəfi var idi. Buna görə də qırmızı vərəqələr alırdı”.

Qeyd edək ki, Zidan hazırda “Real”ın baş məşqçisi, Van der Sar isə “Ayaks”ın baş direkortorudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!