Xalq artisti Zülfiyyə Xanbabayeva social şəbəkədə paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o paylaşdığı fotoya “Həyat gözəldir” yazıb və statusunu belə davam edib: “Və sevinirəm ki, məhz bu həyatı yaşayıram. Maraqlarımı, istəklərimi sevirəm. Bu havanı sevirəm. Həyatımı bağladığım, həm kədərimi, həm sevincimi bölüşdüyüm, bütün hisslərimi ifadə etdiyim musiqini çox sevirəm. Yaxınlarımı, dostlarımı, ailəmi isə lap çox sevirəm. Həyatda olan sonsuz gözəllikləri görməyimi, ürəyimdən gələnləri etməyimi, kimin üçünsə bəlkə anlamı olmayan, amma məni xoşbəxt edən anları sevməyimi sevirəm. Sevməyin özünü sevirəm!”. pizza
Telegram kanalımız