1 174 nəfər toya buraxılmadı - DİN səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

1 174 nəfər toya buraxılmadı - DİN səbəbini açıqladı

Sosial

10 Noyabr 2021 10:00 569


Noyabrın 6-9-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 341 toy şənliyinin monitorinqini həyata keçirib. 

DİN-in Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, monitorinq 283 şadlıq sarayında, 58 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 174 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!