Diqqət! Hamilə qadınlar üçün kim təhlükə yaradır? - Video

saytların hazırlanması

Evə çatdırılma

Diqqət! Hamilə qadınlar üçün kim təhlükə yaradır? - Video

Sosial

29 Mart 2022 13:04 2537


1. İmmunoRHo  nə üçündür?

Qan qrupundan aslı olmayaraq, atanın qanı Rh müsbət, hamilə qadının qanı Rh mənfi olarsa, dölün qanı Rh müsbət olduğu halda, qırmızı qan hüceyrələri ana qan dövriyyəsinə keçdiyi zaman, Rh UYĞUNSUZLUQ baş verir. Rh UYĞUNSUZLUQ anada rezus sensibilizasiyaya səbəb olur. Belə ki, ananın Rh mənfi qanı, dölün Rh müsbət qanına qarşı antirezus D anticisim sintez edir. Bu halda ilk hamiləlikdə uşaq zərər görmür. Lakin, ana əvvəl immunsensibilizə olunubsa, digər hamiləlikdə ananın Rh (D) anticisimi dölün qanına keçir və dölün Rh müsbət qırmızı qan hüceyrələrini parçalayır. 

İmmuno Rho antirezus immunoqlobulin olub, anada rezus sensibilizasiyanın qarşısını alır, bu problemi aradan qaldırır.  Hamiləlik zamanı qadında rezus anticisim tapılmadıqda rutin antenetal, doğuşdan sonra uşağın qanı Rh müsbət olduqda və s. hallarda, anti-D immunoprofilaktika məqsədi ilə təyin olunur. Hazır şpris formasındadır.  pizza

2. İmmunoRHo istifadə edilməsə nə baş verər?

Döldə hemolitik xəstəlik, anemiya inkişaf edir, dölün hidropsu, ağır hallar baş verir. Ağır hiperbilirubinemiya olur, körpənin beyinini zədələyir, beyində geridönməyən dəyikliklərə səbəb olur. 
Hətta yenidoğulmuşun ölümünə səbəb olur. İmmunoRHo ya qədər, keçmiş illərdə hemolitik xəstəlik ilə doğulmuş uşaqlar arasında ölüm halları 60-80 % təşkil edirdi. Bu, hal perinatal ölüm göstəricilərinin yüksək olmasının əsas səbəblərindən biri idi.

3. Saxta mal nə kimi fəsatlar verə bilər?
 

İmmuno RHO insan qanından alınan məhsuldur. Gətirilməsi, saxlanması və çatdırılması xüsusi standarta uyğun 2-8 C-də aparılmalıdır. Əks halda parçalanıb adi məhlula çevrilir. Klinik effekt olmur. Altes Farım bu öhdəliyi rəsmi şəkildə öz üzərinə götürüb, İmmunoRHO zavod KEDRİON ilə əməkdaşlıq əsnasında icra edir.
Lakin, hal-hazırda satışda İmmunoRHO adı altında, bəzi qeyri-qanuni, mənşəyi məlum olmayan digər ölkələrdən itxal olan mallar da var. Vətandaşlar bu malı orjinaldan fərqləndirə bilməz. Bu malların tərkibinə rəsmi cavabdehlik yoxdur. Gətirilməsi, saxlanması və çatdırılması üçün şərait icrasına riayət olunmur. Bəlkə də həmin dərman adı altında satılanlar adi sudur. İstifadəsi zamanı, mənfi hallara, heç bir mənfi hal baş verməsə də gələcəkdə hamilədə rezus sensibilizasiyasına, bir sonrakı hamiləlik zamanı Rh müsbət qanlı döldə ağır hallar baş verməsinə, hətta yenidoğulmuşun ölümünə səbəb ola bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!