Türkiyədə MİT-dən casusluq şəbəkəsinə ağır zərbə

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə MİT-dən casusluq şəbəkəsinə ağır zərbə

Dünya

16 May 2026 16:34 103


Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Türkiyə əleyhinə kəşfiyyat fəaliyyəti ilə məşğul olan beynəlxalq casus şəbəkəsini çökdürüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, MİT iki fərqli xarici xidmətə işləyən və casusluq şəbəkəsində yer alan 9 şəxsi müəyyən edib. Dörd bölgədə eyni vaxtda əməliyyatlar təşkil edilib və şəbəkənin rəhbəri daxil olmaqla, 7 nəfər saxlanılıb. Qruplaşmanın 2 üzvünün isə artıq digər cinayətlərə görə həbsxanada olduğu məlum olub. Ələ keçən 7 nəfər barəsində həbs qərarı çıxarılıb. Sezar pizza

Casusluq şəbəkəsinin rəhbəri və digərlərinin Türkiyədəki vətəndaş cəmiyyəti təşkilatları, dərnəklər, etnik qruplar və dövlət məmurları haqqında həssas məlumatları toplayaraq xarici kəşfiyyat xidmətlərinə ötürdükləri məlum olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!