Fransa millisi ötən gecə Avro-2024-ün seçmə mərhələsində Cəbəllütariqə 14:0 hesabı ilə qalib gəlməklə 3 rekorda imza atıb.
Yenisabah.az xəbər verir ki, bu oyun bir matçda vurulan qolların sayına görə Almaniya-San Marino görüşünü (13:0) geridə qoyub.
Eyni zamanda, Fransa yığması Avropa çempionatlarının seçmə mərhələlərinin ən böyükhesablı qələbəsini qazanıb. Əvvəlki rekord da məhz Almaniya-San Marino görüşünə aid idi.
Həmçinin bu, Fransa millisi tarixinin də ən böyük qələbəsidir.
Qeyd edək ki, Fransa millisi B qrupunda maksimum nəticə göstərib - 7 oyun, 21 xal.
Telegram kanalımız