16 yaşlı qızın ölümü ilə bağlı həkimə 3 il həbs verildi

saytların hazırlanması

Evə çatdırılma

16 yaşlı qızın ölümü ilə bağlı həkimə 3 il həbs verildi

Kriminal

18 İyun 2026 00:33 415


Qəbələdə boğaz nahiyəsindən cərrahi əməliyyat edilmiş 16 yaşlı Məleykə Məmmədovanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Yeni Sabah" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov barəsində ittihamedici hökm çıxarılıb.

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib. Bundan başqa, E.Mahmudovun 1 il 6 ay tibbi fəaliyyət göstərməsi də qadağan edilib. Hökmdə onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib. pizza hut

Qeyd edək ki, ötən ilin iyununda 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib. Üzərində tonzillektomiya əməliyyatı icra olunan yeniyetmə üç gün sonra kəskin qanaxma səbəbindən xəstəxanada dünyasını dəyişib.

Bu ilin yanvarında isə həkim barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!