İspaniya millisinin 19 yaşlı ulduzu Lamin Yamal Belçika üzərində qələbədən sonra qol vurmaması barədə danışıb.
"Yeni Sabah" xəbər verir ki, gənc vinqer mundialda fərqlənməməsinin özünü narahat etmədiyini deyib:
“Düzünü desəm, bu məni narahat etmir. Mən Avropa çempionatını cəmi bir qolla qazanmışam. pizza hut
Əgər Dünya Kubokunu qazansaq, düşünmürəm ki, bu otaqda kimsə mənə “sən qol vurmamısan” sözünü deyəcək.
Biz qalib gəldiyimiz müddətdə mənim üçün başqa heç nə önəmli deyil. Komandamız irəliləməyə davam etdikcə xoşbəxt olacağam. Ən vacib olan isə komandanın uğuru və növbəti mərhələyə yüksəlməsidir”.
Xatırladaq ki, İspaniya millisi Dünya Çempionatının yarımfinal mərhələsində Fransa ilə qarşılaşacaq.
Nazim Hacıyev
Telegram kanalımız