200-dən çox avtobus marşrut xətlərinə buraxılıb

saytların hazırlanması

Evə çatdırılma

200-dən çox avtobus marşrut xətlərinə buraxılıb

Sosial

06 Fevral 2019 17:25 866


Sumqayıtda 200-dən çox Türkiyə istehsallı avtobus marşrut xətlərinə buraxılıb.

Bu barədə Sumqayıtda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.

Qeyd olunub ki, ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri xətlərdən çıxarılıb, sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan 206 ədəd sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılıb. pizza mizza

Həmçinin il ərzində müasir tipli yeni dayanacaqların quraşdırılması işləri davam etdirilib.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!