Qusman: Qarabağda aparılan bərpa işləri dünya üçün nümunədir

saytların hazırlanması

Evə çatdırılma

Qusman: Qarabağda aparılan bərpa işləri dünya üçün nümunədir

Sosial

17 May 2026 12:55 80


Qarabağda aparılan bərpa işləri dünya üçün nümunədir.

"Yeni Sabah" xəbər verir ki, bunu rusiyalı jurnalist Mixail Qusman Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi şəhərsalma və yenidənqurma layihələri beynəlxalq səviyyədə böyük maraq doğurur. Sezar pizza

"Vətən müharibəsində qələbədən sonra Azərbaycanın qarşısında həmin ərazilərin bərpası və insanların layiqli şəraitdə yaşamasının təmin olunması kimi mühüm vəzifələr dayanır. Bu istiqamətdə Prezident İlham Əliyevin apardığı işlərə xüsusi diqqət yetirilir. Prezident mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, görülən işlərlə maraqlanır və müvafiq tapşırıqlar verir. Bakıda belə mühüm beynəlxalq forumun keçirilməsi Azərbaycanın dünya ictimaiyyətində yüksək nüfuza malik olduğunu göstərir", - deyə qonaq qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!