2008-ci ilin müharibəsi axmaq siyasətin nəticəsi idi - Baş nazir

saytların hazırlanması

Evə çatdırılma

2008-ci ilin müharibəsi axmaq siyasətin nəticəsi idi - Baş nazir

Dünya

08 Avqust 2023 15:05 1500


Avqust müharibəsinin 15-ci ildönümündə Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxışının əhəmiyyətli hissəsini prezident Mixeil Saakaşviliyə həsr edib.

Yenisabah.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, Qaribaşvili bu barədə 2008-ci ildə həlak olmuş əsgərlərin kütləvi məzarlığında danışıb.

O bildirib: “Əsgərlərimiz xalqımıza qəhrəmanlıq nümunələri göstərib... Eyni zamanda, keçmiş baş komandanın ən çirkin davranışını da gördük, xatırlayın, qalstukunu çeynəyir, təyyarənin səsini eşidəcək qaçır... Çox böyük biabırçılıqdır, bunu bütün cəmiyyət gördü və təəssüf ki, bunu təkcə biz yox, bütün dünya gördü”. pizza sifarişi

Qaribaşvilinin sözlərinə görə, o vaxt Gürcüstanın Təhlükəsizlik Şurası “işğalı heç vecinə almırdı”.

Baş nazirin fikrincə, 2008-ci ilin avqustunda Gürcüstan rəhbərliyinin hərəkətləri xəyanətkar idi. “Axmaq siyasət” və “Saakaşvilinin məsuliyyətsizliyi” olmasaydı, müharibədən yayınmaq olardı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!