“2028-ci ilə qədər Qarabağda erməni qalmayacaq” - Xalq şairi son təxribatdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“2028-ci ilə qədər Qarabağda erməni qalmayacaq” - Xalq şairi son təxribatdan danışdı

Maraqlı

11 May 2023 12:05 1875


Ermənistan- Azərbaycan sərhədində vəziyyət yenidən gərginləşib. Qarşı tərəfin ötən gecə təxribat törətməsi qanlı toqquşmaya səbəb olub. 

İnsidentin səbəbləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Bəzi analitiklər Ermənistanın baş naziri Nikol Paşinyanınn mayın 9-da gerçəkləşən Moskva səfərindən ruhlanaraq, cəbhə xəttində təxribat törətdiyini iddia edirlər. 

Xalq şairi Vahid Əziz Yenisabah.az-a açıqlamasında bu qənaəti bölüşdüyünü deyib. Ustad sənətkar Ermənistanın həmişə Rusiyanın kölgəsinə sığındığını bildirib:

“Paşinyanın başı ağrıyır. Bu, ermənilərdə xəstəlikdir. Ermənilər o vaxt  başlayanda mən dedim ki, 100 min baş qoymasalar dincələn deyillər. 200 ildən sonra da desinlər ki, 2 milyon erməni qırılıb. Bu, onlarda xəstəlikdi. 

Veliçko “Кавказ” adlı kitab yazıb. Həmin kitabda yazılıb ki, ermənilərin bir yerdə məskunlaşması cəmi 200 ildir. İlk 50 illikdə özlərini yaxşı aparırlar, 2-ci 50 illikdə yavaş-yavaş başlayırlar qohumlaşmağa. Yəni, qızlarını sırıyırlar yerli millətə. Üçüncü əlli illikdə başlayırlar oğurluğa, 4-cü 50 illikdə müharibə salıb gedirlər. Bu gedişlə 2028-ci ilə qədər Qarabağda erməni qalmayacaq. Ancaq böyük bir tərxibat edib gedəcəklər. Elə bir tərxibat edəcəklər ki, onun qabağın almaq lazımdır. 

Ermənilər xəstədir, ruslar da onların bir tayıdır. Ruslar öyrədir ki, Böyük Ermənistan yaradın. Böyük Ermənistan nə gəzir? O boyda ərazini tutmaq üçün gərək bunun Çingiz xanı olaydı, Əmir Teymuru olaydı, Şah İsmayılı olaydı. Bunların heç biri onlarda olmayıbsa, o boyda ərazi necə onlara məxsus olub? Təxribat olacaq, törədəcəklər. Hələ çox oyunlardan çıxacaqlar ermənilər. Onları qızışdıran ruslardı. Çünki ruslar Ukraynanı itiriblər, Gürcüstanı itiriblər, çalışırlar ki, Qarabağda özlərinə meydan saxlasınar”.  

Pünhan HƏSƏNOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!