“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 23 mini ötüb.
“Yeni Sabah” xəbər verir ki, fevral ayının ilk günlərində rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərdən daha 7 mindən çoxu “İşsizin DOSTu” proqramı çərçivəsində ödənişli ictimai işlərlə təmin ediliblər.
Onlarla əmək müqaviləsi bağlanılıb. Bundan sonra isə ictimai faydalı xarakter daşıyan işlərin (abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.) yerinə yetirilməsinə başlayıblar. Toyuqlu pizza
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən cari ilin əvvəlindən icra olunan proqram çərçivəsində 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub. Onlardan artıq 23 mindən çox şəxs ödənişli ictimai işlə təmin olunub.
Telegram kanalımız