2766 kişi, 82 qadın məsuliyyətə cəlb olunub - Narkoticarətə dair hesabat

saytların hazırlanması

Evə çatdırılma

2766 kişi, 82 qadın məsuliyyətə cəlb olunub - Narkoticarətə dair hesabat

Kriminal

13 İyul 2026 15:10 67


Hüquq mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4434 cinayət faktı aşkarlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda məlumat yayıb.

Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 497 kq 378,1 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 166 milyon AZN kimi qiymətləndirilir. Toyuqlu pizza

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2848 nəfər cəlb edilib, onlardan 2766-si kişi, 82-i qadındır.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 30 nəfəri xarici ölkə vətəndaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!