29 yaşlı erməni Paşinyana müavini təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

29 yaşlı erməni Paşinyana müavini təyin olundu

Rəsmi

25 Noyabr 2021 10:29 1010


Ermənistan prezidenti Armen Sarkisyan Ambartsum Matevosyanın baş nazirin müavini vəzifəsinə təyin edilməsi haqqında fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, fərman baş nazir Nikol Paşinyanın təqdimatı ilə imzalanıb.

Matevosyan dünən Ermənistanın Armavir vilayətinin qubernatoru vəzifəsindən azad edilib.

Baş nazirin yeni müavininin 29 yaşı var, o, ABŞ-da təhsil alıb, ABŞ-da və Donetskdə yaşayıb, işləyib. 2016-2018-ci illərdə Ermənistan Amerika Universitetində işləyib.

2018-ci ildə Armavir vilayətinin qubernatoru təyin edilib.

Xatırladaq ki, noyabrın 15-də baş nazirin müavini Suren Papikyan Ermənistanın müdafiə naziri təyin edilib. (modern.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!