3 qadın, 3 dəhşətli cinayət: Qatil ərlər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

3 qadın, 3 dəhşətli cinayət: Qatil ərlər həbs olundu

Kriminal

21 Sentyabr 2026 15:42 104


Türkiyənin Hatay, Konya və Tekirdağ vilayətlərində 3 qadını ərləri öldürüb.

“Yeni Sabah” xəbər verir ki, Hatayın Payas rayonunda 47 yaşlı Emine Çili boşanma mərhələsində olduğu 54 yaşlı əri K.Ç. ov tüfəngi ilə vurub. Hadisə Yenişehir məhəlləsində cütlük arasında yaranan mübahisə zamanı baş verib. K.Ç. saxlanılıb.

Konya vilayətinin Hadim rayonunda isə 65 yaşlı Mehmet Ali Sarıca 63 yaşlı xanımı Fadime Sarıcanı boğub. Sarıca daha sonra qızına arvadını gecə boğduğunu deyib. O, məhkəmə qərarı ilə həbs edilib. Marqarita pizza

Tekirdağın Kapaklı rayonunda da 80 yaşlı Mehmet Ünlü 75 yaşlı arvadı Fadime Ünlünü mübahisə zamanı bıçaqlayıb. Hadisədən sonra səhərə qədər arvadının yanında qalan Ünlü saat 06:00 radələrində oğluna zəng edərək anasını öldürdüyünü bildirib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!