9 Avqust - 06:42
3D göz protezi - London xəstəxanasında ilk

3D göz protezi - London xəstəxanasında ilk

Rəqəmsal

26 Noyabr 2021 17:04 1314


Londondakı “Moorfields” Göz Xəstəxanasında dünyada ilk dəfə xəstəyə 3D çap olunmuş göz protezi taxılıb.

Yenisabah.az "The Guardian"a istinadla xəbər verir ki, Stiv Varze adlı kişi dünyada 3D göz protezi taxılan ilk insan olub.

3D çap edilmiş gözün ənənəvi akril protez gözdən daha real olacağı gözlənilir.

Qeyd olunub ki, xəstələrin protezə uyğunlaşması üçün tələb olunan müddətin yarıya endirilməsi, altı həftədən üç həftəyə qədər azaldılması da nəzərdə tutulur.

Varze əməliyyatdan əvvəl 20 yaşından bəri protezə ehtiyacı olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!