4 aylıq fasilə: Ayətullah Xamenei nə vaxt torpağa tapşırılacaq?

saytların hazırlanması

Evə çatdırılma

4 aylıq fasilə: Ayətullah Xamenei nə vaxt torpağa tapşırılacaq?

Siyasət

29 İyun 2026 15:27 97


İranın sabiq Ali Rəhbəri Ayətullah Xameneinin iyulun 9-da Məşhəddə dəfn ediləcəyi barədə məlumatlar yayılıb. Bundan əvvəl mərasimin Aşura Günündən sonra baş tutacağı qeyd olunmuşdu. 

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan şərqşünas-yazar Kənan Rövşənoğlu bildirib ki, cənazənin daha əvvəl torpağa tapşırıldığı iddiaları doğru deyil.

“Əvvəlcə Tehranda, sonra Qumda vida məqrasimləri keçirildikdən sonra nəhayət, Məşhəddə dəfn ediləcəyi elan olunub. Buna qədər onun əmanət qəbirdə torpağa tapşırılma barədə iddialar doğru deyil. Toyuqlu pizza

İndiki dövrdə cənazənin saxlanılmasına dair müxtəlif üsullar var. 2024-cü ildə Livan “Hizbullah”ının baş katibi Seyid Həsən Nəsrullahın da dəfni bir neçə ay sonra, yəni atəşkəs elan olunduqdan sonra həyata keçirildi”, – deyə o qeyd edib.

Xatırlatma: dünya siyasətinin bir çox simaları çox gec dəfn oluub. O cümlədən Rusiya impersatoru I Pyotr 40 saxlanıldıqdan sonra torpağa tapşırılıb. Sovet Rusiyasının banisi Leninin isə meyiti mumiyyalaşdırılıb və onun dəfni 100 ildir yalnız müzakirə mövzusudur.

Bir çox dövlət başçılarının cənazələri bir yerdən digərinə köçürüldüyü üçün müvəqqəti dəfn mərasimləri keçirilib. Bu, Avraam Linkoln (ABŞ), Fransisko Franko (İspaniya), Mustafa Kamal Atatürk (Türkiyə) və digərlərinə şamildir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!