"Milan" yaxın günlərdə futbolçusu Zlatan İbrahimoviçlə müqavilənin uzadılmasını açıqlayacaq.
Yenisabah.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, 40 yaşlı hücumçunun yeni sözləşməsi 30 iyun 2023-cü ilə qədər nəzərdə tutulub.
Nəşrin məlumatına görə, isveçli forvardın maaşı bonuslarla birlikdə 1.15 milyon avro olacaq.
Diz bağlarından əməliyyat olunan İbrahimoviç qarşıdakı 1 ilin 6 ayını meydana çıxa bilməyəcək. O, 2020-ci ildən "qırmızı-qaralar"da çıxış edir.
Telegram kanalımız