43 yaşlı Buffon: “Oynamağa davam edəcəyəm“
25 Fev 2021 17:43
256

43 yaşlı Buffon: “Oynamağa davam edəcəyəm“

"Yuventus"un qapıçısı Canluici Buffon karyerasını başa vurmağı düşünmür.

Yenisabah.az xəbər verir ki, bu barədə 43 yaşlı qolkiper "Sky Sports"a açıqlamasında deyib:

"Oynamağa davam edəcəyəm. Tullanmalarımın enini və hündürlüyünü hər həftə ölçürəm. Bu günə qədər hər şeyin yaxşı getdiyini görə bilərəm. Yaxşı səviyyədə olduğum müddətdə oynamağa davam edəcəm, amma nəticənin pis çıxdığını görən kimi dərhal dayanacağam".

Qeyd edək ki, Buffonun Turin təmsilçisi ilə müqaviləsi bu ilin yayı başa çatır. Klubun onunla müqavilənin müddətini uzadacağı gözlənilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər